Basdırma kabab

Erzaqlar

adambaşına 300 q mal eti (can eti)
1 soğan
15 q nar yaxud üzüm sirkesi
5 q kere yağı
duz, istiot

Mal eti texminen 35-40 q-lıq tikelere doğranır, sonra emallı qaba qoyulub içine
doğranmış soğan, duz, istiot, üzüm sirkesi yaxud nar qatılaraq hamısı birlikde
qarışdırılır ve 3-4 saat soyuq yerde saxlanır.
Sonra et tikeleri şişe taxılır ve soğandan temizlenerek közermiş kömür üzerinde bişirilir.
Kababın temi daha xoş olsun deye, onu bişirmezden evvel kere yağına salıb çıxarmaq
meslehet görülür.
Kabab bişirilib süfreye verilen zaman yanına soğan, limon, yaxud şişde bişmiş pomidor,
sumaq, duz, istiot qoyulur.