Gece-gündüz tortu

Erzaqlar:

4 yumurta
1-1,5 stekan şeker
300 q xama
2 stekan un
2 xörek qaşığı kakao
6 xörrek qaşığı qatılaşdırılmış süd
0,5 çay qaşığı soda
vanil

krem:
200 q şit yağ
8 xörek qaşığı qatılaşdırılmış süd
200 q xırda doğranmış qoz lepesi

Yumurta şekerle tam eriyene qeder çalınır.
Bura xama, soda, qatılaşdırılmış süd ve un elave edib birlikde qarışdırılır.
Sonra xemirin yarısı yağ çekilmiş formaya tökülüb bişirilir.
O biri yarısına ise kakao elave edib qarışdırılır, yağ çekilmiş formaya tökülüb bişirilir.
Krem üçün yumşalmış yağ ve qatılaşdırılmış süd götürülür, ağ kütleye çevrilene qeder çalınır.
Bir qat ağ biskvit, bir qat qehveyi biskvit qoyub arasına krem çekilir.
Krem çekerken biskvitin arasına xırda doğranmış qoz da sepmek olar.