Erzaqlar: 

1 orta boy gül kelemi
200 q qıyma
1 soğan
2 kök
1 yemek qaşığı tomat
0,5  stekandan  az düyü
3-4 qaşıq duru yağ
duz, istiot

Geniş bir qazanda yağı qızdırın ve xırda doğranmış soğanı elave edib qovurun.
Qazana evvelce kub şeklinde doğranmış kökleri, sonra qıymanı elave edib qovurmağa davam edin.
Sonra tomatı da qatın ve 5 deqiqe daha qarışdıraraq qovurun.
Temizlenib iri-iri doğranmış gül kelemini qazana elave edin, 2-3 deqiqe qarışdıraraq qovurun.
Sonra qazana kelemlerle eyni seviyyeye gelecek qeder qaynar su tökün.
Düyünü, duz, istiotunu qatın ve kelemler yumşalıncaya qeder orta odda bişirin.

 

 

 

 

 

 

 
Erzaqlar:

5-6 badımcan
3 pomidor
2 diş sarımsaq
duru yağ
duz, istiot

Badımcanları alacalı soyub kub şeklinde doğrayın ve 20-30 deqiqe duzlu suda saxlayın.
Tavaya duru yağ töküb qızdırın ve duzlu sudan çıxarıb süzdyünüz badımcanları elave edib qızardın.
Qızarmış badımcanları evvelce salfet serilmiş qaba alın, yağı çekildikden sonra düz bir qaba alın.
Tavaya az duru yağ elave edib qızdırın ve xırda doğranmış sarımsaqları qatın.
Sonra doğranmış pomidorları elave edin ve 10-15 deqiqe arabir qarışdıraraq bişirin.
Duz, istiotunu qatıb badımcanların üzerine tökün.

Erzaqlar:

5-6 badımcan
1 soğan
3 biber
3 pomidor
6 diş sarımsaq
1 çay qaşığı tomat
5 yemek qaşığı duru yağ
1 stekan  su
duz, istiot

Badımcanları alacalı soyub doğrayın ve duzlayın.
Soğanı, biberleri, pomidoru xırda doğrayın, sarımsaqları rendeleyin.
Qazana badımcanları, soğanı, biberleri, duru yağı, sarımsağı ve edviyyat elave edib qarışdırın.
En üste pomidorları yayın.
Tomatı 1 stekan  suda eridib qazana tökün(yemeyin üstüne çıxmayacaq qeder olsun).
Qapağını örtüb 25-30 deqiqe bişirin.

Erzaqlar:

3-4 orta boy kartof
1 rendelenmiş soğan
1 yumurta
0,5 stekandan az un
0,5 stekan rendelenmiş holland pendiri
1 stekan ezilmiş suxarı
yarım deste göyerti
duz, istiot

Kartofları haşlayın, soyuduqdan sonra soyub rendeleyin.
Sonra içine pendiri, unu, yumurtanı, doğranmış göyertini, soğanı, duz ve istiotu elave edib qarışdırın.
Bu qarışımı soyuducuda 1-2 saat saxlayın.
Ezilmiş suxarını geniş bir boşqaba yayın.
Qarışımdan yumurta böyüklüyünde parçalar alıb kotlet şekli verin, suxarıya bulayın ve qızğın yağda qızardın.

Erzaqlar:

12 eded böyük göbelek
1 soğan
1 diş sarımsaq
1 yemek qaşığı kere yağı
3 yemek qaşığı duru yağı
1 pomidor
3 yemek qaşığı doğranmış kişniş
1 dilim çörek
0,5 stekan rendelenmiş holland pendiri
duz, istiot

Göbelekleri yuyun, sap qisimlerini çıxarıb xırda-xırda doğrayın.
Kere yağını duru yağla birlikde tavada eridin.
Ezilmiş sarımsaq ve xırda doğranmış soğanı elave edib qovurun.
Doğranmış göbelek saplarını elave edin ve 5 deqiqe qovurub ocaqdan alın.
Ezilmiş çörek içi, kişniş, holland pendiri rendesi, duz ve istiotu elave edib qarışdırın.
Bu qarışımı göbeleklerin içine doldurun, yağlanmış liste düzün.
Evvelceden qızdırılmış 180 dereceli sobada 25-30 deqiqe bişirin.

Erzaqlar:

1 kq ispanaq
1 baş soğan
2 yemek qaşığı duru yağ
4 yumurta
0,5 yemek qaşığı kere yağı
duz, istiot

İspanağı yuyub temizledikden sonra doğrayın.
Tavaya yağ ve doğranmış soğanı elave edib qovurun.
Sonra ispanağı da elave edin, duz, istiotunu tökün.
İspanaq qovrulunca sobada bişireceyiniz tavaya yerleşdirin.
Üzerine çırpılmış yumurtaları elave edin.
Evvelceden qızdırılmış 200 derece sobada, yumurtalar bişinceye qeder bişirin.

Erzaqlar:

500 q sümüksüz balıq
2 soğan
2 dilim çörek
1 yumurta
2 xörek qaşığı doğranmış göyerti
1 diş sarımsaq
defne yarpağı
duz, istiot

Temizlenmiş balıqları 10-15 deqiqe qaynar suda haşlayın.
Buraya 2-3 defne yarpağını ve 1 soğanı da 2 yere bölüb elave edin.
Haşlanmış balıqları sudan çıxarıb derisi ve qılçıqlarını alın, etini didin.
Soğanı ve sarımsağı rendeleyin, çörek dilimlerini isladıb suyunu sıxın.
Sonra derin qaba balıq etini, soğanı, çörek dilimlerini, yumurtanı, göyertini ve duz, istiotu elave edib qarışdırın.
Qarışımdan kiçik parçalar alıb kotlet şeklinde düzeldin una bulayıb qızardın.

 

Erzaqlar:

2 dilim somon balığı
5-6 yemek qaşığı zeytun yağı
yarım limon
yarım portağal
doğranmış şüyüd, ceferi (2 yemek qaşığı)
4-5 eded defne yarpağı

 

 

Derin ve düz bir qaba yarım limon ve potağalın suyunu sıxın.
Sonra qaba yağı, göyertini,  defne yarpaqlarını (2-3 yere bölün) elave edib qarışdırın.
Balıq dilimlerini de qaba qoyun ters-düz çevirerek sousu balığa yedirin ve 2 saat soyuducuda saxlayın.
Sonra balıqları sobada bişireceyiniz qaba qoyun, üzerine biraz sousundan elave edin.
Evvelceden qızdırılmış sobada 180 derecede 30 deqiqe (altı-üstü qızaranadek ) bişirin.

Erzaqlar:

500 q toyuq döşü
500 q göbelek
1 soğan
3-4 biber
4 pomidor
1,5-2 stekan rendelenmiş holland pendiri
duz, istiot

Xırda doğranmış soğan ve biberler bir tavada qovrulduqdan sonra doğranmış toyuq etlerini elave edin.
5 deqiqe sonra doğranmış göbelekleri ve pomidorları elave edib suyunu çekinceye qeder bişirin.
Duz, istiotu qatıb yemeyi sobada bişireceyiniz qaba elave edin ve üzerine pendiri yayaraq tökün.
Sobada pendir eriyene qeder bişirin.

 

 

Erzaqlar:

2 eded toyuq döşü
1 soğan
2 kök
2 kartof
1 banka yaşıl noxud
2 yemek qaşığı tomat
duz, istiot

 

Qazana yağ ve  xırda doğranmış soğanı elave edib qovurun.
Toyuq etlerini doğrayın, qazana elave edin ve soğanla birlikde qovurun.
Etler suyunu çekince kub şeklinde doğranmış kök ve kartofları da qazana tökün.
Sonra tomatı da elave edib 5 deqiqe daha qovurun, yemeyin üstüne keçecek qeder su elave edin.
Duz, istiot ve edviyyat qatıb 20-30 deqiqe bişirin.
Bişmesine  5 deqiqe qalmış yaşıl noxudu elave edib qarışdırın.